Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 “Lans” yüksək liqadan kənarlaşdırılır » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Lans” yüksək liqadan kənarlaşdırılır

2014/15 mövsümü yekunlaşdıqdan sonra azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans” klubu Fransa ikinci liqasına göndəriləcək.

Dərc edilib: 30 yanvar 2015 [11:11]
Baxış sayı: 5046

Bununla bağlı Parisin Bezons rayon inzibati məhkəməsi müvafiq qərar çıxarıb.

Məhkəmə digər Fransa klubu – “Soşo”nun iddiası əsasında, “Lans”ın maliyyə kriteriyalarına cavab vermədiyini əsas gətirərək bu qərarı qəbul edib.

Qərarda qeyd olunub ki, “Lans”n büdcəsi Fransa birinci liqasının tələblərinə cavab verməyib. Buna baxmayaraq, komanda bu mövsüm yüksək liqaya buraxılıb. Qərara əsasən, komanda cari mövsüm birinci liqada neçənci yeri tutmasından asılı olmayaraq, növbəti mövsümdən ikinci liqada oynamalıdır.

Qeyd edək ki, “Lans” ötən mövsüm Fransa ikinci liqasınsa ikici yeri tutaraq birinci liqaya vəsiqə qazanıb. “Lans”dan şikayətçi olan “Soşo” isə ötən mövsüm birinci liqada 18-ci yeri tutaraq ikinci liqaya düşüb. Əgər Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə “Lans” bu mövsüm brinci liqaya buraxılmasaydı, onu “Soşo” əvəz edəcəkdi.

Qeyd edək ki, hələlik Fransa Futbol Federasiyası “Lans”ı ikinci dəstəyə göndərməklə bağlı rəsmi qərar verməyib. Qarşıdakı iki ayda istər federasiya, istərsə də klubun apellyasiya şikayəti vermək hüququ var.

Əlavə edək ki, 22 turdan sonra “Lans” turnir cədvəlində 20 komanda arasında 19-cu yeri tutur.

Komandanın zəif çıxışına “Lans”ın sahibi Hafiz Məmmədovun ciddi maliyyə problemləri ilə üzləşməsi əsas səbəb kimi göstərilir.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267