Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Makedoniyalı İsgəndərin ölümünün əsl səbəbi müəyyən edildi » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Makedoniyalı İsgəndərin ölümünün əsl səbəbi müəyyən edildi

Yunanıstanda Aristotel Universitetinin alimləri çoxillik araşdırmalar nəticəsində Makedoniyalı İsgəndərin ölüm səbəbini müəyyən ediblər.

Dərc edilib: 25 oktyabr 2019 [10:19]
Baxış sayı: 32971

Yunanıstanda Aristotel Universitetinin alimləri çoxillik araşdırmalar nəticəsində Makedoniyalı İsgəndərin ölüm səbəbini müəyyən ediblər.

“Greek Reporter” xəbər verir ki, məşhur sərkərdəni şərab və yağlı yeməyə olan sevgisi öldürüb.

İsgəndərin həyatının son günlərini araşdıran yunan alimləri belə qənaətə gəliblər ki, Makedoniya çarı pankreonekrozun (mədəaltı vəz xəstəliyi) kəskin formasından dünyasını dəyişib. Bu xəstəlik sağlam olmayan qida və şərabın həddindən artıq istifadəsi zamanı yaranır.

Xatırladaq ki, Makedoniyalı İsgəndər e.ə. 323-cü ildə 32 yaşında vəfat edib. Müxtəlif zamanlarda sərkərdənin malyariya, tif, pnevmoniya və hətta zəhərlənmədən dünyasını dəyişdiyi ehtimal olunurdu.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267