Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Azərbaycan idmançısı Olimpiadada nə vaxt çıxış edəcək? » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycan idmançısı Olimpiadada nə vaxt çıxış edəcək?

Məlum olduğu kimi, Azərbaycan ilk dəfə yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparacaq.

Dərc edilib: 9 yanvar 2020 [11:12]
Baxış sayı: 29388

Məlum olduğu kimi, Azərbaycan ilk dəfə yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparacaq.

İnterpress.az-ın xəbərinə görə, İsveçrənin Lozanna şəhərində bu gün açılış mərasimi baş tutacaq yeniyetmə idmançıların Qış Olimpiadasında Azərbaycan bir idmançı ilə təmsil olunacaq.

Bu, rusiyalı legioner fiqurlu konkisürən Yekaterina Ryabovadır. Artıq sabahdan fiqurlu konkisürmə yarışlarına start veriləcək. 16 yaşlı Azərbaycan təmsilçisi isə Olimpiadada mübarizəyə yanvarın 11-də qadınların qısa proqramı zamanı qoşulacaq.




İdmançımız final mərhələsinə vəsiqə qazana bilsə, yanvarın 13-də medal uğrunda mübarizə aparacaq. Həmçinin, həmin gün Yekaterina Ryabova qadınların sərbəst konkisürmə proqramında da yarışacaq.

Qeyd edək ki, yeniyetmələrin qış Olimpiadası üçüncü dəfə keçirilir. Budəfəki yarışda 79 ölkədən 1792 atlet mübarizə aparacaq. Olimpiada yanvarın 22-də başa çatacaq.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267