Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Dünya çempionumuz Çilidən gümüş medalla qayıdır » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Dünya çempionumuz Çilidən gümüş medalla qayıdır

Dünya çempionumuz İrina Zaretskaya (-68 kq) Çilinin paytaxtı Santyaqoda keçirilən ilin ilk lisenziya xalı qazandıran Karate1 Seriya A turnirində gümüş medal qazanıb.

Dərc edilib: 13 yanvar 2020 [11:07]
Baxış sayı: 10014

Dünya çempionumuz İrina Zaretskaya (-68 kq) Çilinin paytaxtı Santyaqoda keçirilən ilin ilk lisenziya xalı qazandıran Karate1 Seriya A turnirində gümüş medal qazanıb.

İnterprerss.az xəbər verir ki, o, finaladək Daniele van Viki (CAR) 9:0, Qalina Melniki (Ukrayna) 3:2 və Feryal Abdelazizi (Misir) 1:0 hesabı ilə məğlub edib.

Həlledici görüşdə İ.Zaretskaya Silvia Semeraroya (İtaliya) 0:1 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi qatılıb. Olimpiya və dünya reytinqində birinci sırada yer alan İrina Zaretskaya finala çıxmaqla xallarını bir qədər də artırıb. Onu yanvarın 24-26-da Fransanın paytaxtı Parisdə keçiriləcək ilin ilk Premyer Liqa turniri də gözləyir.


İnterprerss.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267