Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Güləş millisində ciddi itki: Olimpiya mükafatçılarımız zədələndi » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Güləş millisində ciddi itki: Olimpiya mükafatçılarımız zədələndi

Azərbaycanın iki aparıcı güləşçisi zədə alıb.

Dərc edilib: 13 yanvar 2020 [12:15]
Baxış sayı: 10656

Azərbaycanın iki aparıcı güləşçisi zədə alıb.

İnterpress.az-ın xəbərinə görə, Olimpiya mükafatçılarımız Toğrul Əsgərovla Cəbrayıl Həsənov Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğunun xatirəsinə həsr olunmuş 48-ci ənənəvi turnirdə zədə alıb.

Olimpiya və Avropa çempionumuz Toğrul Əsgərov 74 kq çəki dərəcəsinin yarımfinalında zədə alıb. Bu səbəbdən o, bürünc medal uğrunda görüşdə millimizin dağıstanlı üzvü Hacımurad Hacıyevlə görüşə çıxa bilməyib.

Elə Olimpiya və dünya çempionatı mükafatçımız, üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov (-86 kq) da yarımfinalda zədə alıb. Ayağı şişən Cəbrayıl millimizin digər üzvü Osman Nurməhəmmədovla bürünc medal görüşünə çıxmaq imkanında məhrum olub.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267