Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Milli Paralimpiya Komitəsində I vitse-prezident işdən azad olundu » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Milli Paralimpiya Komitəsində I vitse-prezident işdən azad olundu

Milli Paralimpiya Komitəsində (MPK) bundan sonra I vitse-prezident vəzifəsi olmayacaq.

Dərc edilib: 16 yanvar 2020 [11:07]
Baxış sayı: 9140

Milli Paralimpiya Komitəsində (MPK) bundan sonra I vitse-prezident vəzifəsi olmayacaq.

İnterpress.az-ın xəbərinə görə, MPK-da 7 dekabr 2012-ci ildən vitse-prezident, daha sonra 8 fevral 2013-cü ildən I vitse-prezident vəzifələrində çalışan Natiq Qasımov işdən azad edilib.

MPK martın 17-də 63 yaşını qeyd edəcək Natiq Qasımovla yolları qarşılıqlı razılıq əsasında ayırıb. Bu gün saat 12:00-da komitə rəhbərliyi Qasımovla görüşərək, ona uğurlar arzulayacaq.

Qeyd edək ki, MPK bu siyasəti ölkə başçısı İlham Əliyevin gəncləşdirmə siyasətinə uyğun olaraq atıb. Qurum gələcəkdə də bu siyasətə uyğun olaraq addımlar atmağı planlaşdırır.

39 yaşlı İlham Zəkiyev və 42 yaşlı Yaşar Hacıyev vitse-prezident, o cümlədən, 41 yaşlı Kamal Məmmədov baş katib vəzifələrində işlərini davam etdirəcək. I vitse-prezident vəzifəsi isə ləğv olunacaq.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267