Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Güləş üzrə dünya çempionumuz Rusiyada faciəvi şəkildə öldü » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Güləş üzrə dünya çempionumuz Rusiyada faciəvi şəkildə öldü

Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü olan Sultan Nəsrullayev Rusiyada ağır yol-nəqliyyat hadisəsində ölüb. 

Dərc edilib: 28 yanvar 2020 [15:00]
Baxış sayı: 28291

Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü olan Sultan Nəsrullayev Rusiyada ağır yol-nəqliyyat hadisəsində ölüb.

Midag.ru xəbər verir ki, bununla bağlı əslən dağıstanlı olan idmançının yaxınları məlumat verib.

Qəza yanvarın 25-də Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində Voronej vilayətinin Qribanovskiy rayonunda olub.

Hadisə zamanı S.Nəsrullayevdən başqa üç nəfər də həyatını itirib.

Qeyd edək ki, 54 kq çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci il avqustun 25-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatında qızıl medal qazanıb.

Güləş üzrə dünya çempionumuz Rusiyada faciəvi şəkildə öldü








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267