Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Namiq Əliyev öldürülən güləşçimizdən danışdı: “Bu faciə hər bir insanın başına gələ bilər” » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Namiq Əliyev öldürülən güləşçimizdən danışdı: “Bu faciə hər bir insanın başına gələ bilər”

“Bu, həyatdır. O çoxdandır ki, güləşi atmışdı, ondan məlumatsız idik. Çox gənc və perspektivli güləşçi idi. Təəssüf ki, güləşi çox tez atdı. Bədbəxt hadisədən sonra ailəsi ilə əlaqə saxlayıb, yardımımızı təklif etmişik.

Dərc edilib: 4 fevral 2020 [15:29]
Baxış sayı: 30172

“Gördüyünüz kimi, Romadakı Avropa çempionatına gedəcək idmançıların yarısı əsas heyət üzvləridirsə, yarısı gənc güləşçilərdən formalaşıb. Heyətdə yeni simalar var. Bizim üçün əsas olimpiya çəkiləridir. Bu kateqoriyalarda çıxış edən bəzi aparıcı güləşçilərimizi martda Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turniri üçün qoruyuruq. Onlar həmin yarışa hazırlaşır”.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev deyib.

Qurumun rəhbəri 10-16 fevralda İtaliyanın paytaxtı Romada baş tutacaq Avropa çempionatı və 19-22 martda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək lisenziya turniri ilə bağlı bunları deyib:


“Avropa çempionatı reytinq xalları üçün önəm kəsb edir. İnşallah, komandamız uğurlu çıxış edər. Reytinq önəmlidir. Ona görə də bütün olimpiya çəkilərində çoxlu xal yığmaq lazımdır. Hesab edirəm ki, qitə birinciliyində kifayət qədər medalımız olacaq.

Həmişə Avropa çempionatında uğurlu çıxış edirik. Ancaq əsas hədəfimiz bu yarış deyil. Qitə birinciliyinə hazırlıq turniri kimi yanaşırıq. Əsas hədəfimiz martdakı lisenziya turniridir. Bu məqsədlə güləşçilərimiz bu ayın ortalarında Kislovodskda təlim-məşq toplanışına başlayacaq.

Zədə ehtimalına gəlincə, bu, idmandır. İdmançı təkcə yarışda yox, məşqdə də zədələnə bilər. Bəzi idmançılar (Hacı Əliyev, Rəsul Çunayev – S.M.) zədəyə, bəziləri də çəki məsələsinə görə Avropa çempionatını buraxır.

Çəki ilə bağlı problemi olmayanlar, məsələn, İslam Abbasov, Camaləddin Məhəmmədov qitə birinciliyinə qatılır. Komandaların vitaminlə tam təminatı da zədələnmə risklərini azaldır. İnşallah, qarşıdakı yarışda heç bir güləşçimiz zədələnməz.

AGF-nin başçısı bir neçə gün əvvəl Şamaxıda qətlə yetirilmiş sərbəst güləş üzrə yeniyetmə və gənclər arasında Avropa çempionu, dünya ikincisi Ruslan Surxayevlə bağlı verdiyimiz suala belə cavab verib:

“Bu, həyatdır. O çoxdandır ki, güləşi atmışdı, ondan məlumatsız idik. Çox gənc və perspektivli güləşçi idi. Təəssüf ki, güləşi çox tez atdı. Bədbəxt hadisədən sonra ailəsi ilə əlaqə saxlayıb, yardımımızı təklif etmişik.

Bu hadisə hər insanın başına gələ bilər. Bu yaxınlarda Dağıstandan olan sabiq güləşçimizin (Sultan Nəsrullayevi nəzərdə tutur – S.M.) də avtomobil qəzasında dünyasını dəyişdiyini yazmışdılar. Neyləməli, hamının başına gələ biləcək qəzadır. Allah rəhmət eləsin”.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267