Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Məşhur Fransa klubunun daha bir yetirməsi “Qəbələ”də » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Məşhur Fransa klubunun daha bir yetirməsi “Qəbələ”də

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. 

Dərc edilib: 4 fevral 2020 [16:39]
Baxış sayı: 33022

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

İnterpress.az xəbər verir ki, qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyev və Abdelrafik Jerarla anlaşan “qırmızı-qaralar” Nikola Rayselin keçidini rəsmiləşdirib.

27 yaşlı sağ cinah hücumçusu ilə 1,5 illik müqavilə imzalanıb.

Fransada doğulan, Sloveniya vətəndaşlığı olan vinger məşhur PSJ klubunun yetirməsidir. 2011-2013-cü illərdə Paris təmsilçisinin ikinci komandasında çıxış etmiş Raysel ardınca Sloveniyada “Çelye” (2013-2015), Belçikada “Yunion” (2015-2017) klublarının formasını geyinib.

2017-ci ildə Belçikanın digər təmsilçisi “Oostende”yə keçən Nikola 2018/2019 mövsümünü “Ruselare”də icarə əsasında keçirib. O, cari mövsümün ilk yarısında Belçikanın I divizion klubu “Oostende” formasını geyinib və cəmi iki matça çıxıb. 2014-cü ildə Sloveniya yığmasına cəlb olunan Raysel bu ölkənin 21 yaşadək millisində bir matç keçirib və bir qol vurub.

Qeyd edək ki, “Qəbələ”nin daha əvvəl heyətinə qatdığı Abdelrafik Jerar da Fransanın məşhur PSJ klubunun yetirməsi idi.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267