Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Avropa çempionatına gedəcək qadın güləşçilərimizin adları açıqlandı: Stadnik olmayacaq » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Avropa çempionatına gedəcək qadın güləşçilərimizin adları açıqlandı: Stadnik olmayacaq

Fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı keçiriləcək.

Dərc edilib: 5 fevral 2020 [16:21]
Baxış sayı: 29365

Fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı keçiriləcək.

İnterpress.az xəbər verir ki, qitə birinciliyində çıxış edəcək qadın güləşçilərimizin tam siyahısı müəyyənləşib.


Hazırda Türkiyənin Edirne şəhərində təlim-məşq toplanışını davam etdirən millimizin səkkiz üzvü Romada mübarizə aparacaq. Yeddiqat Avropa çempionumuz Mariya Stadnik bu heyətdə yoxdur.

Fevralın 10-da İtaliyaya yollanacaq heyətdə baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alacaq.

Qeyd edək ki, eyni heyət ötən il Rumıniyanın paytaxtı Buxarestdə keçirilən analoji yarışda da çıxış etmişdi. Həmin Avropa çempionatında Elis Manolova qızıl, Alyona Kolesnik, Elmira Qəmbərova və Tatyana Omelçenko bürünc medal qazanmış və yığmamız komanda hesabında dördüncü yeri tutmuşdu.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267