Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 İngiltərə klubu Avroliqa üçün millimizin futbolçusunu sifariş etdi - FOTO » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İngiltərə klubu Avroliqa üçün millimizin futbolçusunu sifariş etdi - FOTO

İngiltərənin “Vulverhempton” klubu millimizin futbolçusu Renat Dadaşovun adını UEFA Avropa Liqası üçün sifariş edib.

Dərc edilib: 6 fevral 2020 [17:10]
Baxış sayı: 31877

İngiltərənin “Vulverhempton” klubu millimizin futbolçusu Renat Dadaşovun adını UEFA Avropa Liqası üçün sifariş edib.

İnterpress.az xəbər verir ki, portuqaliyalı baş məşqçi Nunu İspiritu Sentu yeni transferlərdən həmyerlisi Deniel Podensi və ekvadorlu hücumçu Leonardo Kampananın adlarını sifariş ərizəsinə yazdırıb.

Həmçinin, baş məşqçi “Vulverhempton”un 23 yaşadək komandasında çıxış edən, bu qış “Birminqem”ə icarəyə göndərilməsi gündəmdə olan (futbolçu özü aşağı divizion klubuna keçməkdən imtina edib - S.M.) 20 yaşlı Renatı da sifariş etməklə Britaniya mətbuatını təəccübləndirib.

İngiltərə klubu Avroliqa üçün millimizin futbolçusunu sifariş etdi - FOTO


Heyətdə Renatın hücum xəttindəki rəqibləri Leonardo Kampanadan başqa, meksikalı Raul Ximenes və portuqaliyalı Dioqu Jotadır.

Qeyd edək ki, “Vulverhempton” fevralın 20-də 32 minlik “Molinyu” stadionunda İspaniyanın “Espanyol” klubunu qəbul edəcək. Bu görüş Avroliqanın 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267