Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Azad Rəhimov: “Bizdə böyük yarışları keçirmək təcrübəsi formalaşıb” » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azad Rəhimov: “Bizdə böyük yarışları keçirmək təcrübəsi formalaşıb”

“Hər il üç milyon insan idman yarışları ilə bağlı Azərbaycana gəlir. Təbii ki, bunda “Formula 1” yarışının çox böyük rolu var”. 

Dərc edilib: 12 fevral 2020 [11:26]
Baxış sayı: 10631

“Hər il üç milyon insan idman yarışları ilə bağlı Azərbaycana gəlir. Təbii ki, bunda “Formula 1” yarışının çox böyük rolu var”.

İnterpress.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov deyib.

“Biz get-gedə Bakıda olan yarışlarda yerli mütəxəssislərin əməyindən yararlanırıq. Məsələn, ötən il keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında azərbaycanlı mütəxəsislər iştirak edib.


Minskdəki II Avropa Oyunlarında və Aşqabadda keçirilmiş Asiya Oyunlarında azərbaycanlı mütəxəssislər də öz köməklərini göstərib. Azərbaycan “Avroviziya” mahnı müsabiqəsinin qalibi olduqdan sonra bizdə tədricən böyük yarışları keçirmək təcrübəsi formalaşıb.

Məsələn, I Avropa Oyunlarında 17 min könüllünün xidmətindən yararlanmışıq. Bizim bu yarışlardan əsas qazancımız könüllülər ordusu və qazandığımız təcrübədir. Bu il Bakıda iki böyük turnir keçiriləcək. Bunlar “Formula 1” üzrə yarış və futbol üzrə Avropa çempionatıdır.

Bundan başqa, Bakıda gimnastika üzrə bir neçə yarış, karate üzrə Tokio Olimpiadasına lisenziya verən Avropa çempionatı və cüdo üzrə ənənəvi “Böyük Dəbilqə” turniri də Bakıda keçiriləcək”.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267