Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Çeyz Keri: “Bakı “Formula-1” üçün əlverişli məkandır”

“Biz “Formula-1” yarışlarını səbəbsiz yerə hansısa ölkəyə vermirik. Həmin ölkələrin şəhərlərindən gözləntilərimiz çoxdur. Bakı da belə şəhərlərdəndir. Bu şəhərin hərarətliliyi möhtəşəmdir”.

Dərc edilib: 12 fevral 2020 [11:29]
Baxış sayı: 12164

“Biz “Formula-1” yarışlarını səbəbsiz yerə hansısa ölkəyə vermirik. Həmin ölkələrin şəhərlərindən gözləntilərimiz çoxdur. Bakı da belə şəhərlərdəndir. Bu şəhərin hərarətliliyi möhtəşəmdir”.

İnterpress.az xəbər verir ki, bunu “Formula-1” Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Keri “İdman yarışları və Bakının infrastrukturuna dair ölkənin gələcəyə baxışı” mövzusunda bu gün keçirilən konfransda deyib.

Ç.Keri Azərbaycanda keçirilən “Formula-1” yarışı barədə danışıb:


“Bakıdakı yarışları niyə bəyəndim? Real danışsaq, Bakıda öz işinin öhdəsindən gələn komanda vardı. Onlar xüsusən küçə yürüşlərində yaxşı təşkilatlanmışdılar.

Məncə Bakıdakı Qran-Prini fərqləndirən cəhət məhz bu komanda işi və bizimlə kommunikasiya məsələsində uğurlu olmaq idi. Bakı “Formula-1” üçün əlverişli məkandır. Coğrafiya baxımından bu bölgədə olmağımız bizi sevindirir. Biz coğrafiyamızı genişləndiririk. Vyetnamda da artıq bu ildən yarış keçirəcəyik”.

Qeyd edək ki, Bakıda bu il "Formula-1" yarışı 5-7 iyun tarixlərində keçiriləcək.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 268