| |||||
AFFA işsiz məşqçiləri milliyə baş məşqçi qoydu | |||||
Azərbaycanın iki yaş qrupu üzrə milli komandalarının baş məşqçisinin adı açıqlanıb.
|
|||||
|
|||||
![]() Azərbaycanın iki yaş qrupu üzrə milli komandalarının baş məşqçisinin adı açıqlanıb. İnterpress.az xəbər verir ki, 16 (U-16) və 18 (U-18) yaşadək yığmalarımızın yeni çalışdırıcısı müəyyənləşib. AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, U-18 Elxan Abdullayevə, U-16 isə Aqil Nəbiyevə həvalə olunub. Qeyd edək ki, Elxan Abdullayevin sonuncu iş yeri “Neftçi” komandası olub. O, 2017-ci ilin avqustun 21-dən işsizdir. Millimizin sabiq futbolçusu Aqil Nəbiyevin son iş yeri isə ötən yay dağılmış I divizion klubu “Şüvəlan” olub. İnterpress.az |
|||||
|
|||||
|