Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Beynəlxalq Cüdo Federasiyası aprelin 30-dək bütün yarışları ləğv etdi » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Beynəlxalq Cüdo Federasiyası aprelin 30-dək bütün yarışları ləğv etdi

Olimpiadaya lisenziya xalı verən cüdo üzrə üç beynəlxalq turnir ləğv olunub.

Dərc edilib: 10 mart 2020 [11:58]
Baxış sayı: 4841

Olimpiadaya lisenziya xalı verən cüdo üzrə üç beynəlxalq turnir ləğv olunub.

İnterpress.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsi verib.


Qurum aprelin 30-dək nəzərdə tutulmuş bütün yarışları ləğv edib. Bunlar Rusiyanın Yekaterinburq şəhərindəki “Böyük Dəbilqə” (13-15 mart), Gürcüstanın paytaxtı Tbilisidə (27-29 mart), Türkiyənin Antalya şəhərindəki Qran-Pri (3-5 aprel) və digər kontinental turnirlərdir. Həmin yarışlar koronavirus səbəbindən ləğv olunub.

Qeyd edək ki, daha əvvəl cüdoda 6-8 mart tarixlərində Mərakeşin paytaxtı Rabatda keçirilməsi nəzərdə tutulmuş Qran-Pri ləğv olunmuşdu. Bütün bu yarışlarda Azərbaycan idmançıları da yarışmalı idi.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267