Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 “Mançester Siti” – “Arsenal” oyunu klub sahibinin virusa yoluxmasına görə təxirə salındı » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Mançester Siti” – “Arsenal” oyunu klub sahibinin virusa yoluxmasına görə təxirə salındı

Dünən Yunanıstanın “Olimpiakos” klubunun sahibi Evanqelos Marinakisin COVID-19 virusuna yoluxduğunu açıqlaması İngiltərə Premyer Liqasının təxirə salınmış “Mançester Siti” – “Arsenal” oyununun baş tutmamasına səbəb olub.

Dərc edilib: 11 mart 2020 [11:17]
Baxış sayı: 7881

Dünən Yunanıstanın “Olimpiakos” klubunun sahibi Evanqelos Marinakisin COVID-19 virusuna yoluxduğunu açıqlaması İngiltərə Premyer Liqasının təxirə salınmış “Mançester Siti” – “Arsenal” oyununun baş tutmamasına səbəb olub.

İnterpress.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu gün baş tutmalı olan görüş yenidən təxirə salınıb.

“Arsenal” bunu 13 gün əvvəl UEFA Avropa Liqasının 1/16 finalı çərçivəsində “Olimpiakos”la cavab görüşü vaxtı Marinakisin bir neçə futbolçu ilə görüşməsi ilə əlaqələndirib.

Həmçinin, “Arsenal”ın dörd üzvü Evanqelos Marinakislə matçı yanaşı izləyib. Bu səbəbdən həmin futbolçular və klub üzvləri 14 gün ərzində evdən bayıra çıxmayacaqlar.

Həmin 14 günlük müddət cümə günü başa çatacaq və komanda “Brayton”la Premyer Liqa oyununun məşqlərinə çıxacaq.

Qeyd edək ki, XXVIII turun bu matçı daha əvvəl “Mançester Siti”nin ölkə kubokunun finalındakı oyunu ilə bağlı təxirə salınmışdı.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267