| |||||
Boksçumuz Avropa Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib | |||||
Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir.
|
|||||
|
|||||
![]() Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir. Boks Federasiyasından verilən məlumata görə, yarışın ikinci günündə Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulub. Boksçularımızdan Cavid Çələbiyev (-63 kq) debütdə Kiril Rusinovla (Bolqarıstan) üz-üzə gəlib. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüş gərgin alınıb. Qarşılaşma 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə dünya çempionumuzun xeyrinə yekunlaşıb. Çələbiyev növbəti döyüşündə irlandiyalı Corc Batesi sınağa çəkəcək. Görüş sabah olacaq. Ondan fərqli, Rauf Rəhimov (-91 kq) Mücahit İlyasla (Türkiyə) qarşılaşıb və məğlubiyyətə üzülüb. Qeyd edək ki, turnirin üçüncü günündə dörd boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynovla (-52 kq) Lorenso Sotomayor (-69 kq) ilk görüşünə çıxacağı halda, Tayfur Əliyev (-57 kq) və Kamran Şahsuvarlı (-75 kq) ikinci qarşılaşmasını keçirəcək. İnterpress.az |
|||||
|
|||||
|