| |||||
İlham Zəkiyev, Hacı Əliyev, Rəsul Çunayev, Ruslan Abışov komissiya üzvü oldu | |||||
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançılarımızla əməkdaşlığı tam yeni müstəviyə çıxararaq, İdmançılar Məsləhətçi Komissiyasını təsis edib. |
|||||
|
|||||
![]() Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançılarımızla əməkdaşlığı tam yeni müstəviyə çıxararaq, İdmançılar Məsləhətçi Komissiyasını təsis edib. İnterpress.az xəbər verir ki, ölkə idmanının müxtəlif sahələrindən idmançıları özündə cəmləşdirən komissiyanın əsas məqsədi AMADA-nın fəaliyyətində idmançıları təmsil etmək, onların hüquqlarının müdafiəsinə və təmiz idmanın təşviqinə aid məsələlər üzrə məsləhətlər verməkdir. Tərkibi təsdiqlənən komissiya 12 idmançıdan ibarətdir. Qeyd olunan idmançıların 10-u respublika idman federasiyaları tərəfindən irəli sürülən namizədlər, ikisi isə açıq elan əsasında üzv olmaq istəyən idmançılar arasından seçilənlərdir. Seçim zamanı ədaləti və təmsilçilikdə fərqliliyi təmin etmək məqsədilə, gender bərabərliyinin və müxtəlif yaş qruplarını təmsil edən idmançılar arasında tarazlığın qorunması prinsiplərinə əməl olunub. İdmanın müxtəlif sahələrinin nümayəndələrinin təmsil olunduğu İdmançılar Məsləhətçi Komissiyasının tərkibini aşağıdakı idmançılar təşkil edir: Açıq elan əsasında üzv seçilən idmançılar İlham Zəkiyev – Para-Cüdo Hacı Əliyev – Güləş Respublika idman federasiyaları tərəfindən seçilən idmançılar Rəsul Çunayev – Güləş Fəridə Əliyeva – Karate Fuad Qurbanov – Atıcılıq Aynur Məmmədova – Para-Taekvando Nazim Babayev – Atletika Ayan Xankişiyeva – Velosiped Siyana Vasilyeva – Gimnastika Kamran Şahsuvarlı – Boks Rüstəm Orucov – Cüdo Ruslan Abışov – Futbol Qeyd edək ki, komissiya tərkibində bütün idman sahələrinin ədalətli və bərabərhüquqlu təmsilçiliyini təmin etmək məqsədilə mütəmadi rotasiyalar aparılacaq. İnterpress.az |
|||||
|
|||||
|