Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 FIDE Teymur Rəcəbovun imtina etdiyi turniri dayandırmalı oldu » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



FIDE Teymur Rəcəbovun imtina etdiyi turniri dayandırmalı oldu

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiyanın Yekaterinburq şəhərində keçirilən İddiaçılar Turnirini dayandırıb.

Dərc edilib: 26 mart 2020 [12:39]
Baxış sayı: 20326

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiyanın Yekaterinburq şəhərində keçirilən İddiaçılar Turnirini dayandırıb.

İnterpress.az xəbər verir ki, Rusiya hökuməti sabahdan etibarən digər ölkələrlə hava nəqliyyatını dayandırmaq barədə qərar verib.

Dünya şöhrətli şahmatçıların və rəsmilərin evlərinə qayıda bilməsi üçün FIDE yeddi turun nəticələrini etibarlı hesab etməklə yarışı dayandırıb. Yarış daha sonra VIII turdan etibarən davam etdiriləcək. Bunun üçün yeni tarix daha sonra müəyyənləşdiriləcək.

Qeyd edək ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbov daha əvvəl koronavirus səbəbindən bu turnirdə iştirak etməkdən imtina edib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267