Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Avropa Komissiyası Azərbaycana vəsait ayırır - koronavirusa görə

Avropa Komissiyası (AK) koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan da daxil olmaqla, Şərq Tərəfdaşlığı ölkələrinə 140 milyon avro yardım paketi ayırıb.

Dərc edilib: 30 mart 2020 [17:14]
Baxış sayı: 238760

Avropa Komissiyası (AK) koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan da daxil olmaqla, Şərq Tərəfdaşlığı ölkələrinə 140 milyon avro yardım paketi ayırıb.

Qurumdan verilən məlumata görə, Avropa Komissiyası təxminən 700 milyon avro dəyərində olan mövcud alətlərinin istifadəsini koronavirus böhranının sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına yönəltməyi planlaşdırır.

Avropa İttifaqının (Aİ) Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Vareli bildirib ki, hazırda həm Aİ, həm də tərəfdaş ölkələr üçün çox ağır bir dövrdür:

“Biz COVID-19 virusunun insanların həyatı və gəlir mənbələrinə ağır fəsadlarının aradan qaldırılması istiqamətində əlimizdən gələni edirik. Biz həm səhiyyə sistemlərinin təcili diqqət tələb edən ehtiyaclarına, eləcə də cəmiyyətin ən həssas qruplarının və altı ölkədə iqtisadiyyatın dayağı hesab olunan kiçik və orta sahibkarlığın uzunmüddətli ehtiyaclarına cavab veririk”.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 264