Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Yarımçıq qalmış Azərbaycan çempionatının qalibi açıqlandı » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Yarımçıq qalmış Azərbaycan çempionatının qalibi açıqlandı

Basketbol üzrə Azərbaycan çempionatının qalibi elan edilib.

Dərc edilib: 3 aprel 2020 [18:12]
Baxış sayı: 8012

Basketbol üzrə Azərbaycan çempionatının qalibi elan edilib.

İnterpress.az xəbər verir ki, Superliqanın fevral ayının 29-da keçirildiyi XX turundan sonra respublikada yaranmış gərgin epidemioloji vəziyyətə görə, XXVII Azərbaycan çempionatının oyunlarında məcburi fasilə yaranıb.

Fasiləyə qədər “Zirvə Astara” 38 xal, “Atom” 34 xal, “Gəncə” isə 32 xal ilə Superliqanın müvafiq olaraq I, II və III yerlərini bölüşdürürdü.

Bununla yanaşı, dünyada qlobal COVID-19 pandemiyasının geniş yayılması səbəbindən Beynəlxalq Basketbol Federasiyası (FIBA) martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verib. Eyni zamanda, bir sıra Avropa ölkələrində (Polşa, Ukrayna, Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edilib.

Bununla əlaqədar Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti bu gün virtual video-iclas keçirib. İclasda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyəsi ilə Superliqanın turnir cədvəlində mövcud sıralanmaya əsasən “Zirvə Astara” klubu Azərbaycan çempionu elan edilib.

Qeyd edək ki, bu klub ilk dəfə Azərbaycan çempionatında çıxış edirdi.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267