Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Arif Rəhimov: “Formula 1” bu il baş tutsa, əyləncə proqramında ixtisar olacaq” » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Arif Rəhimov: “Formula 1” bu il baş tutsa, əyləncə proqramında ixtisar olacaq”

“Qışda “Formula 1”in keçirilməsi variant kimi yaxşı deyil. Onda bizdə boş tribunalar olacaq.

Dərc edilib: 3 aprel 2020 [20:05]
Baxış sayı: 9552

“Qışda “Formula 1”in keçirilməsi variant kimi yaxşı deyil. Onda bizdə boş tribunalar olacaq. Bakıda havalar soyuq olur. Ona görə də biz yarışı oktyabrın ortalarına salmaq istəyirik”.

İnterpress.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Almaniyanın “motorsport-total.com” saytına açıqlamasında deyib.

7 iyunda Bakıda baş tutmalı olan “Formula 1” Azərbaycan Qran Prisi koronavirus səbəbindən təxirə salınıb. Onun yeni tarixi isə hələ ki bilinmir.

Rəhimov bunun mümkün qədər tez bilinməsini istədiyini qeyd edib:

“Yaxşı olardı ki, biz artıq iyulun əvvəlindən işə başlayaq. Ən əsas məsələ yarışın vaxtını tezliklə bilməyimizdir. 2-3 ay əvvəldən bunu bilməyimiz çox vacibdir. Bu müddətdə trass hazırlanır. Mən hələ kommersiya baxımından danışmıram.

Əgər avqustun sonlarında koronavirusla bağlı durumda dəyişiklik olmazsa, yarışı noyabr ayına kimi saxlaya bilmərik. Hələ ki, “Formula 1” bizə konkret vaxtları təklif etməyib. İlk mərhələdə biz tarixlə bağlı qərarı erkən qəbul etməliyik”.

Daha sonra o, yarış baş tutmayacağı halda Azərbaycan hökumətinin maliyyə itkilərindən danışıb. Arif Rəhimov onu da bildirib ki, ötən il Sem Smit kimi ulduzu Bakıya dəvət etsələr də, bu il əyləncə proqramı məhdud olacaq:

“Hazırda yarışın reklam olunmasına qadağa qoymuşuq. Biz artıq bu yarış üçün çoxlu avadanlıqlar sifariş etmişik. Ancaq onlardan növbəti il və ya bu ilin sonunda keçiriləcək yarış zamanı istifadə edə bilərik.

Ona görə də hələ birbaşa heç bir maliyyə itkisi ilə üzləşməmişik. Ancaq yarış keçirilməsə, çoxlu maliyyə itkimiz ola bilər. Yəqin ki, yarış baş tutmasa, bizim hökumətimiz pul itirməyəcək.

Bu, fors major haldır, bizim istəyimizlə olan şey deyil. Belə şeylər müqavilələrlə tənzimlənir. Yeganə problem yarışın keçirilməsi üçün pulun daha öncədən “Formula 1”ə ödənilməsidir. Yarış baş tutmasa, pulun qaytarılması variantı olacaq.

Ola da bilər ki, biz bu pulu növbəti illə kompensasiya edə bilərik. Yarış baş tutsa, əyləncə proqramında ixtisar olacaq”.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267