Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Deputat: “Beynəlxalq aləm separatçı rejimin keçirdiyi “seçkiləri” bölgənin təhlükəsizliyinə təhdid hesab edir” » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Deputat: “Beynəlxalq aləm separatçı rejimin keçirdiyi “seçkiləri” bölgənin təhlükəsizliyinə təhdid hesab edir”

"Beynəlxalq aləm birmənalı olaraq “seçkiləri” tanımadı və bunun nəinki sülh danışıqlarına, o cümlədən bölgədə təhlükəsizliyə birbaşa təhlükə hesab etdilər”.

Dərc edilib: 8 aprel 2020 [14:33]
Baxış sayı: 13472

“Martın 31-də Ermənistan tərəfindən işğal edilən tarixi Azərbaycan torpaqları olan Dağlıq Qarabağda separatçı rejim tərəfindən növbəti dəfə beynəlxalq hüquq və prinsiplərinə hayqırı nümayiş etdirərək “seçkilər” iflasa uğradı və beynəlxalq aləm tərəfindən İrəvanın gözlədiyinin əks effektini verdi. Belə ki, beynəlxalq aləm birmənalı olaraq “seçkiləri” tanımadı və bunun nəinki sülh danışıqlarına, o cümlədən bölgədə təhlükəsizliyə birbaşa təhlükə hesab etdilər”.

OnlinePreess.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ramil Həsən deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə xarici siyasət sahəsində yürütdüyü strateji xətt artıq öz bəhrəsini verməkdədir.

“Məhz yürüdülən bu siyasətin nəticəsidir ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki seprataçı rejimin keçirdiyi “seçkilər” beynəlxalq aləm tərəfindən süngü ilə qarşılandı. Beynəlxalq birlik İrəvanı və separatçı rejimi beynəlxalq hüquqa və prinsiplərə göstərdiyi hayqırıya görə ittiham etdi. Avropa Birliyi, Avropa Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İƏT, TürkPA, Türk Şurası və ayrı-ayrı dövlətlərin sepratçı rejimdə keçirilən “seçkiləri” qınaması istiqamətində verdikləri bəyanatlar bunun  aydın göstəricisidir”- deputat bildirib.

O əlavə edib ki,  bu bir daha Azərbaycanın yürüdtüyü düzgün  xarici siyasət beynəlxalq aləmi fakt qarşısında qoyur.

“Bildiyiniz kimi Prezident Milli Məclisdə çıxışı zamanı bildirdi ki, beynəlxalq aləmdə ikili standartlar, ikli yanaşma  bu gün nə qədər davam etsə də, onun da davam edə biləcəyi bir nöqtə var. Beynəlxalq təşkilatlar nəticədə acı reallıq və həqiqətlər qarşısında qalanda Azərbaycanın haqq səsini eşitmək məcburiyyətində qalacaqlar. Və məcbur olub reaksiya verməli olacaqlar. Niyə? Ona görə ki, beynəlxalq hüquq və prinsiplərin Ermənistan tərəfindən bu qədər çeynənməsi həmin güclərin özlərinə də sərf etmir. Çünki bu, bir bumeranq oyunudur və nəticə etibarı ilə gələcəkdə onların özlərinə dəyə bilər”- R.Həsən qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycan tərəfinin yürütdyü düzgün xarici siyasət  öz bəhrəsini verməkdədir: “Elə bu siyasətin nəticəsi olaraq martın 31-də separatçı rejimdə keçirilən “seçkilər” iflasa uğraması bunun göstəricisidir. Bununla da İrəvanın və seprataçı rejimin niyyətləri puça çıxdı”.


OnlinePreess.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267