Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ağır qəzada sürücü ölüb, 2 nəfər yaralanıb

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. 

Dərc edilib: 12 aprel 2020 [12:44]
Baxış sayı: 759337

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 31-ci kilometrliyində, rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini İsmayılov Rahim Zöhrab oğlu idarə etdiyi “BMW” markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.


Nəticədə nəqliyyat vasitəsi əks yolda gedən 32 yaşlı Kərimov Rafət Şəfayət oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla toqquşub.

Hadisə zamanı “VAZ-2107”nin sürücüsü dünyasını dəyişib.

Zərbənin gücündən “BMW”nin sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb. Əraziyə FHN-nin Kürdəmir rayon qəza xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Sürücü avtomobildən çıxarılıb.

Eyni zamanda, hər iki nəqliyyat vasitəsində olan sərnişinlər 50 yaşlı Kərimov Mübariz Paşa oğlu və 29 yaşlı Rəsulov Hakim İlqar oğlu ağır yaralanıblar.

Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 268