Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bu gün “OPEC plus” ölkələri yenidən toplanır

Bu gün Bakı vaxtı ilə saat 20.00-da OPEC və qeyri-OPEC ölkələrinin nazirləri online formatda görüşəcəklər.

Dərc edilib: 12 aprel 2020 [17:51]
Baxış sayı: 11631

Bu gün Bakı vaxtı ilə saat 20.00-da OPEC və qeyri-OPEC ölkələrinin nazirləri online formatda görüşəcəklər.

Energetika Nazirliyindən verilən məlumata görə, görüş OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 9-cu iclasından irəli gələn məsələlər üzrə məsləhətləşmələr çərçivəsində baş tutur.


Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman sədrliyi və Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novakın həmsədrliyi keçiriləcək görüşə OPEC və “Əməkdaşlıq Bəyannaməsi”ndə iştirak edən qeyri-OPEC ölkələrinin nazirləri qatılacaq.

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da “OPEC plus” ölkələri nazirlərinin müzakirələrində iştirak edəcək.

Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə müvafiq olaraq 10-8-6 mln.barrel həcmlərində azaldılması barədə qərar qəbul edilib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 264