Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



5 752 sahibkara maliyyə dəstəyi göstərilib

Koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

Dərc edilib: 13 aprel 2020 [12:57]
Baxış sayı: 9696

Koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

İnterpress.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu gün nazirliyin Dövlət Xəzinədarlığı Agentliyi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 1 983 vergi ödəyicisinə 3,652 milyon manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 2 560 fərdi (mikro) sahibkara isə 2,948 milyon manat vəsaiti onların müvafiq bank hesablarına köçürüb.

Bundan əvvəl, aprelin 9-daə Maliyyə Nazirliyi tərəfindən ilk tranş da nəzərə alınmaqla, bu günkü tarixə 5 752 vergi ödəyicisinə umumilikdə 8,939 milyon manat maliyyə dəstəyinin göstərilib.

Koronavirus (COVİD-19) pandemiyasının və dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq sahibkarlara maliyyə dəstəyinin ödənilməsi onların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunan sifarişlər əsasında Xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdirilir.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 264