| |||||
İtaliya A Seriyası bu tarixdə bərpa oluna bilər | |||||
İtaliyanın Futbol Federasiyası A Seriyasını bərpa etmək üçün 30 may tarixini nəzərdən keçirir. |
|||||
|
|||||
![]() İtaliyanın Futbol Federasiyası A Seriyasını bərpa etmək üçün 30 may tarixini nəzərdən keçirir. Bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. Nəşr qeyd edib ki, koronavirusa görə tətbiq edilən karantinin mayın 3-nə qədər uzadıldığı İtaliyada futbol klubları artıq məşqlərə başlamağın planlarını qurur. Bəzi klublar aprelin 27-dən məşqlərə başlamaq üçün müraciət də ediblər. Komandaların məşqlərə ən geci mayın 4-də başlaması ehtimalına əsasən, federasiya 30-31 may tarixlərində çempionatı bərpa etmək istəyir. İnterpress.az |
|||||
|
|||||
|