Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Qurumlara cərimələrdən gedən pulun məbləği azaldılır - YENİLİK

“İşsizlikdən sığorta haqqında” qanunun pozulmasına görə tətbiq edilən cərimələrin məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi quruma ayrılan hissəsi azaldılacaq.

Dərc edilib: 16 aprel 2020 [12:31]
Baxış sayı: 11747

“İşsizlikdən sığorta haqqında” qanunun pozulmasına görə tətbiq edilən cərimələrin məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi quruma ayrılan hissəsi azaldılacaq.

OnlinePresss.az-ın məlumatına görə, bununla bağlı qanunun 23-cü maddəsinə dəyişiklik təklif edilir.

Qanunun 23-cü maddəsi “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar” adlanır.

Layihəyə görə, maddənin adının “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar” olması təklif olunur.

Bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür.

Qanun layihəsində isə göstərilir ki, toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (yalnız bir qurumdan söhbət gedir) hesabına, yeddi faizi isə dövlət büdcəsinə köçürülsün.

“Məşğulluq haqqında” qanuna da analoji dəyişiklik təklif edilir. 33.2-ci maddəyə təklif olunan dəyişikliyə əsasən, qanunun pozulmasına görə tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 18 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.

Qanunun hazırkı mətninə əsasən, bu rəqəm 25 faizdir, üstəgəl bu vəsaitin bir yox, bir neçə qurumun hesablarına köçürülməsi qeyd olunub.

Milli Məclisdə sözügedən qanun layihəsi qəbul edilərsə, məbləğin 18 faizi dövlət qurumunun, 7 faizi isə dövlət büdcəsinin hesabına köçürüləcək.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 264