| |||||
Azərbaycan AVRO-2020-nin Bakıda keçirilməsinə razılıq verdi | |||||
AFFA AVRO-2020-nin dörd müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib. |
|||||
|
|||||
![]() İnterpress.az xəbər verir ki, AFFA AVRO-2020-nin dörd müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib. Bununla bağlı əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək. Xatırladaq ki, Bakı Olimpiya Stadionunda AVRO-2020-nin A qrupunun üç oyunu, 1/4 final mərhələsinin isə bir qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq. Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVID-19 pandemiyası ilə əlaqədar AVRO-2020 turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib. Daha əvvəl Rumıniya (Buxarest), Danimarka (Kopenhagen), İrlandiya (Dublin), İngiltərə (London) və Almaniya (Münhen) futbol federasiyaları bu yarışı keçirmək niyyətlərinin dəyişmədiyini bildiriblər. İnterpress.az |
|||||
|
|||||
|