| |||||
Ramil Şeydayevlə “Dinamo” barışdı | |||||
Rusiya Futbol İttifaqı (RFİ) Palatası millimizin və “Sabah” klubunun futbolçusu Ramil Şeydayevin Moskva “Dinamo”sundan şikayətini sülhlə həll edib.
|
|||||
|
|||||
![]() Rusiya Futbol İttifaqı (RFİ) Palatası millimizin və “Sabah” klubunun futbolçusu Ramil Şeydayevin Moskva “Dinamo”sundan şikayətini sülhlə həll edib. İnterpress.az xəbər verir ki, fevralın 5-də RFİ heç bir səbəb olmadan əmək müqaviləsini birtərəfli şəkildə pozduğu üçün “Dinamo”dan təzminat ödəməyinə dair qərar çıxarmış və kluba transfer qadağası qoymuşdu. Aprelin 11-də futbolçu ilə klub arasında bağlanmış sülh razılığı bu qərarın ikinci hissəsinin ləğvinə səbəb olub. Belə ki, Moskva klubu Ramil Şeydayevə təzminat pulunu ödəyib. İnterpress.az |
|||||
|
|||||
|