| |||||
Sabiq prezidenti “Barselona”ya qayıtmağı planlaşdırır | |||||
“Barselona”nın sabiq prezidenti Joan Laporta yenidən kluba rəhbərlik etmək istəyir. |
|||||
|
|||||
![]() “Barselona”nın sabiq prezidenti Joan Laporta yenidən kluba rəhbərlik etmək istəyir. Bu barədə “Goal” yazır. O hesab edir ki, komandaya düşdüyü maliyyə çətinliklərini dəf etməyə, həmçinin klubun daxili münaqişələrini həll etməyə kömək edəcək. Laporta 2021-ci ildə prezident seçkilərində namizədliyini təqdim edəcəyini artıq təsdiqləyib. “Vəziyyət məni narahat edir. Güvəndiyim insanları bir yerə yığıram. Çünki biz iqtisadi vəziyyəti necə dəyişəcəyimiz barədə düşünməliyik”, - deyə sabiq prezident bildirib. Xatırladaq ki, Laporta 2003-2010-cu illər arasında “Barselona”nın prezidenti olub. İnterpress.az |
|||||
|
|||||
|