| |||||
ÇL-nın 2020/21 mövsümünün qrup mərhələsinin başlanma vaxtı bəlli oldu | |||||
Çempionlar Liqasının qrup mərhələsinin gələn mövsümünün matçları oktyabrın 20-dən tez başlamayacaq. |
|||||
|
|||||
![]() Çempionlar Liqasının qrup mərhələsinin gələn mövsümünün matçları oktyabrın 20-dən tez başlamayacaq. Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) planları haqqında “Football Italia” portalı məlumat verir. Nəşrin mənbəyi bildirir ki, koronavirus pandemiyasına görə yarımçıq qalan 2019/20 avrokuboklarının matçları Milli çempionatlar başa çatdıqdan sonra başlayacaq, Çempionlar Liqasının 1/8 finalının qalan oyunları avqustun 7 və 8-də keçiriləcək. Növbəti iki həftə ərzində 1/4 final və yarımfinal mərhələsinin oyunları keçiriləcək, final isə avqustun 29-da baş tutacaq. Hal-hazırda 1/4 finalın bir neçə iştirakçısı artıq müəyyən edilib: “Pari Sen-Jermen” (Fransa), “Atalanta” (İtaliya), “Atletiko” (İspaniya), “Leyptsiq” (Almaniya). Həmçinin avqustun 2 və 3-də Avropa Liqasının 1/8 final mərhələsinin oyunları bərpa olunacaq, final isə avqustun 27-də keçiriləcək. İnterpress.az |
|||||
|
|||||
|