Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



ABŞ son 10 ildə ilk dəfə kosmosa idarə olunan gəmi göndərəcək

ABŞ-ın “NASA” kosmik agentliyi 10 illik fasilədən sonra idarəolunan kosmik uçuşlara başlayacağını elan edib.

Dərc edilib: 20 aprel 2020 [10:32]
Baxış sayı: 96473

ABŞ-ın “NASA” kosmik agentliyi 10 illik fasilədən sonra idarəolunan kosmik uçuşlara başlayacağını elan edib.

“NBC” xəbər verir ki, ilk uçuş cari ilin mayın 27-nə planlaşdırılıb. Uçuş İlon Maskın “SpaceX” şirkəti tərəfindən istehsal edilən “Crew Dragon” gəmisi ilə həyata keçiriləcək.


Gəmi kosmosa Florida ştatında yerləşən Kanaveral burnundan qalxacaq. Qeyd etmək lazımdır ki, “Crew Dragon” gəmisi artıq 2019-cu ilin aprel ayında pilotsuz uçuş həyata keçirib. O zaman gəmi Beynəlxalq kosmik stansiyasına birləşmişdi.

Mayın 27-si sözügədən gəmidə kosmosa peşəkar astronavtlar Duq Hörli və Bob Benken qalxacaq.




İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 264