Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Məşhur futbol veteranları Azərbaycanla oyundakı gülməli hadisədən danışdılar

İtaliya millisinin sabiq məşhur futbolçuları Filippo İnzaqi və Kristyan Vyeri 17 il əvvəl Azərbaycanla keçirdikləri oyunu xatırlayıblar.

Dərc edilib: 20 aprel 2020 [13:20]
Baxış sayı: 24049

İtaliya millisinin sabiq məşhur futbolçuları Filippo İnzaqi və Kristyan Vyeri 17 il əvvəl Azərbaycanla keçirdikləri oyunu xatırlayıblar.

İnterpress.az xəbər verir ki, onlar “Instagram”da canlı yayımda olarkən 2003-cü ilin oktyabrın 11-də Azərbaycanı 4:0 məğlub etdikləri oyundan danışıblar.

İnzaqi bu vaxt gülməli hadisədən bəhs edib:




“Reccio Kalabriada Azərbaycana qarşı oynayırdıq. Biz bu oyunda bir neçə rekorda imza atmağa yaxın idik. Qol vurmaq üçün irəli atılmışdıq. Vyeri ilə irəlidə oynayırdıq, Totti də arxadan bizə kömək olurdu. Hər ikimiz ilk hissədə qol vurduq.

Fasilədə düşündüm ki, baş məşqçimiz Covanni Trapattoni bizdən birimizi çıxarmalı olsa, məni əvəzləyəcək. Paltardəyişmə otağında ona dedim: “Mister, Bobo (Vyerinin ləqəbi – S.M.) mənə deyib ki, onun əzələsində problemi var. Məndə hər şey qaydasındadır, məni meydanda saxla”. 10 dəqiqə sonra sənin (Vyerini nəzərdə tutur – S.M.) nömrən tablonda göründü”.

Vyeri isə İnzaqiyə belə deyib:

“Onda mən künc zərbəsi vurmağa hazırlaşırdım. Sən isə mənə dedin ki, Bobo, sakit ol. Başa düşmədim ki, o, mənə niyə belə deyir. Sonra tabloda öz nömrəmi gördüm. Çıxanda plastik su qabını Trapattoniyə tərəf atdım. Oyunun sonlarında o məndən soruşdu ki, niyə belə etdin? Ona dedim ki, sən məni meydandan çıxardın. O da mənə bildirdi ki, axı Pippo dedi, sən ağrıyırsan”.

Qeyd edək ki, həmin oyunun 15-ci dəqiqəsində Kristyan Vyeri, 23 və 86-cı dəqiqələrində isə Flippo İnzaqi fərqlənib. 55-ci dəqiqədə Vyerini əvəzləmiş Marko Di Vayo da meydana daxil olduqdan doqquz dəqiqə sonra qola imza atıb.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 266