Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Avropanın koronavirusla mübarizəyə pulu çatmır

Koronavirusun yaratdığı böhranla mübarizədə Avropaya əvvəl planlaşdırıldığından üç dəfə artıq xərc tələb olunur.

Dərc edilib: 20 aprel 2020 [18:16]
Baxış sayı: 100829

Koronavirusun yaratdığı böhranla mübarizədə Avropaya əvvəl planlaşdırıldığından üç dəfə artıq xərc tələb olunur.

Bu barədə “Reuters” Avropa İttifaqının (Aİ) iqtisadi məsələlər üzrə komissarı Paolo Centiloniyə istinadən məlumat verib.

Onun dediyinə görə, Avropa ölkələrinə hazırda 500 milyard avro yardım edilməsi nəzərdə tutulur. Amma bu məbləğ səhiyyə və biznesə dəstək üçün kifayət etmir. Bunun üçün təqribən bir trilyon avro daha lazımdır.


Bununla əlaqədar İspaniya hökuməti aprelin 23-də Avropa İttifaqına üzv olan ölkələrə kömək üçün 1,5 trilyon avroluq yardım fondu yaradılmasını rəsmi formada təklif etməyi planlaşdırır.

Fondun İttifaqa üzv olan 27 dövlətdən alınan kreditlər hesabına yaradılması nəzərdə tutulur. Zərər çəkən dövlətlərə verilən pulların geri qaytarılması tələb edilməyəcək.

Beynəlxalq S&P agentliyinin proqnozuna görə, ilin sonuna qədər Avropa iqtisadiyyatı 7,3 faiz zəifləyəcək. “Bloomberg”in mütəxəssisləri ilin ikinci rübündə Avropanın ümumi daxili məhsulun (ÜDM) 8,3 faizini itirə biləcəyini xəbər verirlər. Ən ciddi problemlər İtaliya və İspaniyanı gözləyir.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 264