| |||||
“NASA” Marsa “robot milçəklər” buraxmağı planlaşdırır | |||||
“NASA” mütəxəssisləri Marsa çoxlu sayda milçək boyunda kiçik robot buraxmağı planlaşdırır. |
|||||
|
|||||
![]() “NASA” mütəxəssisləri Marsa çoxlu sayda milçək boyunda kiçik robot buraxmağı planlaşdırır. Robotlarla dolu zondlar həyata keçirilməsi gələn ilədək təxirə salınan “EkzoMars-2020” missiyası çərçivəsində qırmızı planetə göndəriləcək. “Ridus” xəbər verir ki, “robot milçəklər” göydə qala bilən nanokarton plastinlərindən ibarətdir. Onlar enerjisini Günəşdən alacaq. Robotların üzərinə Günəş işığı düşər-düşməz onlar havaya qalxacaq. “Milçəklərin” əsas məqsədi Marsda su və metal axtarmaq olacaq. İnterpress.az |
|||||
|
|||||
|