Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakıda qısqanc kişi bacanağını gözündən güllələyib öldürdü - MƏHKƏMƏ

Bakıda qətl törətməkdə təqsirləndirilən Kamran Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Dərc edilib: 23 aprel 2020 [15:33]
Baxış sayı: 12441

Bakıda qətl törətməkdə təqsirləndirilən Kamran Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İnterpress.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.


Məhkəmənin vaxtı hələlik məlum deyil.

Hadisə ötən ilin dekabr ayının 27-də səhər saatlarında Bakının Xətai rayonunda baş verib.

Belə ki, Səmədbəy Mehmandarov küçəsi, 74 ünvanında yerləşən binanın yaxınlığında 45 yaşlı paytaxt sakini Cəfərov Xəyal Aydın oğlu öldürülüb.

Faktla bağlı X.Cəfərovun bacanağı Mahmudov Kamran Tərlan oğlu saxlanılıb.

Məlumata görə, K.Mahmudov X.Cəfərovu güllə ilə gözündən vurub. Cinayətin törədildiyi silah kustar üsulla hazırlanan 8 mm kalibrli revolver olub. X.Cəfərov uşağını məktəbə aparandan sonra ona hücum olunub.

Bildirilir ki, K.Mahmudov arvadını bacanağına qısqanıb və onunla “məsələni həll etməyə” gələndə, mənəvi dəstək üçün digər bacanağı N.Eminovu da özü ilə gətirib.

Nəticədə, bacanaqlardan biri ölüb, ikisi isə dəmir barmaqlıqlar arxasına göndərilib.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 264