Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



La Liqa matçlarda iştirakdan imtina edən oyunçuları cəzalandıracaq

İspaniyada futbol mövsümü yenidən başlayacağı təqdirdə matçlarda iştirakdan imtina edənlər intizam tənbehinə məruz qalacaqlar.

Dərc edilib: 25 aprel 2020 [12:14]
Baxış sayı: 17914

İspaniyada futbol mövsümü yenidən başlayacağı təqdirdə matçlarda iştirakdan imtina edənlər intizam tənbehinə məruz qalacaqlar.

Sportbox.ru-nun məlumatına görə, bu barədə La Liqanın prezidenti Xavyer Tebas xəbərdarlıq edib.


“Bir oyunçu və ya klub oynamaqdan imtina edirsə, bu, intizam mühakiməsi predmeti olacaq. Mövsümün yenidən başlaması ilə bağlı qərar çıxdıqdan sonra kimsə oynamaq istəmirsə, bu, onun yarışda iştirak etməməsi kimi qiymətləndiriləcək. Siz bu qərarı verə bilməzsiniz. Çox diqqətli olmalısınız”.

Mövsümün bitməsi ilə əlaqədar zərərin miqdarını açıqlayan prezident bunun təxminin bir milyard avroya (1 903 500 000 AZN) bərabər olduğunu deyib. O, həmçinin tamaşaçısız matçlarda itkinin 300 milyon avro (571 050 000 AZN) həcmində qiymətləndirildiyini deyib.

Qeyd edək ki, Xavyer Tebas İspaniya çempionatı matçlarının 2020-ci ilin dekabrına qədər boş tribunalar qarşısında keçiriləcəyini istisna etməyib.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 264