Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Koronavirus ağ ciyərlərlə birgə böyrəkləri də zədələyə bilir » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Koronavirus ağ ciyərlərlə birgə böyrəkləri də zədələyə bilir

Son zamanlar koronavirusa yoluxan insanlar arasında böyrək çatışmazlığından əziyyət çəkənlərin sayı çoxalıb.

Dərc edilib: 28 aprel 2020 [10:51]
Baxış sayı: 603254

Son zamanlar koronavirusa yoluxan insanlar arasında böyrək çatışmazlığından əziyyət çəkənlərin sayı çoxalıb.

“New York Times” xəbər verir ki, bu barədə ABŞ və Çin həkimləri bildiriblər.


Amerikalı həkimlərin sözlərinə görə, koronavirus səbəbindən reanimasiyaya düşən xəstələrin 20-40%-də böyrək çatışmazlığı müşahidə edilir.

“Biz dəqiq bilmirik koronavirus böyrəklərə birbaşa təsir edir, yoxsa bu əlavə təsirdir. Bir neçə versiya var. Ola bilsin ki, orqanizmin immuniteti infeksiyaya qarşı aşırı dərəcədə cavab verir. Başqa sözlə, bədən virusla birgə sağlam hüceyrələrə də hücum edir və nəticədə böyrəkləri sıradan çıxardır. Başqa ehtimala əsasən, koronavirusa yoluxanlarda tromblar əmələ gəlir. Kapilyar sisteminə malik böyrək üçün isə bu ciddi təhlükəyə çevrilir”, - deyə mütəxəssislər qeyd edib.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267