Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Gülay əri Kamildən danışdı: “Onun dostları mənimkilərdən daha çoxdur” - FOTO

“Karantin başlayandan heç yerə getmirəm. Qızım Sahilə ilə evdə onlayn dərslərlə məşğul oluruq. Yaşlı nənəm ümumiyyətlə, küçəyə çıxmayıb. Anam isə üç-dörd gündür ki, sms-lə icazə alıb bizə gəlir. Bacılarımla da onlayn şəkildə əlaqə saxlayıram”.

Dərc edilib: 28 aprel 2020 [11:14]
Baxış sayı: 13080

“Karantin başlayandan heç yerə getmirəm. Qızım Sahilə ilə evdə onlayn dərslərlə məşğul oluruq. Yaşlı nənəm ümumiyyətlə, küçəyə çıxmayıb. Anam isə üç-dörd gündür ki, sms-lə icazə alıb bizə gəlir. Bacılarımla da onlayn şəkildə əlaqə saxlayıram”.

İnterpress.az xəbər verir ki, bu sözləri məşhur fitnes məşqçisi və iş adamı Kamil Zeynallının xanəndə həyat yoldaşı Gülay Zeynalova Xəzər TV-də yayımlanan “5/5” axşam şousunda deyib.

Karantin günlərini evdə keçirən sənətçiyə proqramın aparıcısı Zaur Kamal “Son günlər həyat yoldaşın Kamil imkansızlara əl tutur. Nə əcəb ona bu işdə köməklik etmədin?” sualı ilə müraciət edib.

Gülayın suala cavabı belə olub:
Gülay əri Kamildən danışdı: “Onun dostları mənimkilərdən daha çoxdur” - FOTO



“Hərənin özünün sahəsi var... (gülür). Kamilin dostları mənimkilərdən daha çoxdur. Ona dəstək olanlar da çoxdur. Elə bu səbəbdən də Kamil bu yardım aksiyalarına qoşularaq imkansızlara əl tutur. Ona dəstək olan bütün insanlar sağ olsunlar!”

Verilişin aparıcısının “Ər-arvad bu işi birlikdə görsəniz, daha yaxşı olar” fikrinə isə G.Zeynalova “Zaur, mən də evdə oturub, qızımız Sahiləyə baxıram” cavabını verib.

Qeyd edək ki, sosial mediada uzun müddətdir Kamil ilə Gülayın boşanmaları haqqında məlumatlar dolaşır. Lakin cütlük bu xəbərlərin yalan olduğunu bildirib. Onların Sahilə adlı bir qız övladı var.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 264