Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Azərbaycanda məhkum əfv olunmaqdan imtina etdi » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanda məhkum əfv olunmaqdan imtina etdi

Azərbaycanda məhkum əfv olunaraq, azadlığa çıxmaqdan imtina edib.

Dərc edilib: 28 aprel 2020 [11:22]
Baxış sayı: 823419

Azərbaycanda məhkum əfv olunaraq, azadlığa çıxmaqdan imtina edib.

Bunu Modern.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

O qeyd edib ki, şərti adı M.A. olan həmin şəxs övladını öldürüb:


“Yaşı 65-dən yuxarı olan məhkum əfv sərəncamındakı meyarlara uyğun gəlsə də, ərizə yazaraq, könüllü şəkildə azadlıqdan imtina edib. Çünki azadlıqda onu gözləyən kimsə yox idi. Övladını öldürdüyündən ailənin digər üzvləri ilə münaqişələri davam edir, ailəsi onu bağışlamayıb.

Həmin şəxs əfv olunsaydı, ailə daxilində başqa konflikt yarana bilərdi. Bildiyiniz kimi, əfvdən əvvəl hər bir məhkumla fərdi söhbətlər aparılır. Ağır cinayət törətməsinə rəğmən, səhhətində problem olduğu üçün həmin şəxsə əfv düşürdü. Amma o, bundan könüllü imtina etdi. Çünki deyirdi ki, “çıxsam yenə bura qayıdacağam”.

Qeyd edək ki, Prezident İlham Əliyev pandemiya səbəbindən bu il aprelin 6-da məhkum edilmiş şəxslərin əfv olunması barədə sərəncam imzalayıb. Sərəncamla yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa  buraxılıb.



İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267