Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 ÜST-ün Baş direktoru Prezident İlham Əliyevə təşəkkür etdi » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



ÜST-ün Baş direktoru Prezident İlham Əliyevə təşəkkür etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional mübarizəyə töhfəsindən danışıb.

Dərc edilib: 28 aprel 2020 [17:12]
Baxış sayı: 789222

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional mübarizəyə töhfəsindən danışıb.

AZƏRTAC xəbər verir ki, Baş direktor bu yaxınlarda Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən videokonfrans formatında toplantıda koronavirusa qarşı mübarizə barədə müzakirələr aparıldığını, özünün də həmin toplantıda iştirak etdiyini bildirib. Tedros Adhanom Qebreyesus bu kimi addımları vacib hesab etdiyini vurğulayıb.


ÜST-nin baş direktoru Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan qlobal səviyyədə bu mübarizəyə beş milyon ABŞ dolları vəsait ayırıb.

“Mən Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyədə bu mübarizədə güclü səylərini görürəm. İmkandan istifadə edərək cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə səyləri birləşdirir, dəstək verir”, - deyə Tedros Adhanom Qebreyesus bildirib.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267