Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Türk Şurasına üzv dövlətlərin səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirildi - FOTO » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Türk Şurasına üzv dövlətlərin səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirildi - FOTO

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirilib.

Dərc edilib: 28 aprel 2020 [17:59]
Baxış sayı: 782889

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirilib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev, Türk Şurasının baş katibi Bağdad Amreyev, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüqe, Qazaxıstanın Səhiyyə naziri Eljan Birtanov, Qırğızıstanın Səhiyyə naziri Sabirjan Abdikarimov, Türkiyənin Səhiyyə naziri Fahrettin Koca, Özbəkistanın Səhiyyə naziri Aleşer Şadmanov və Macarıstanın Dövlət səhiyyə katibi (müşahidəçi ölkə) Zoltan Lourens çıxış ediblər.

Müzakirələr zamanı hər bir nümayəndə öz ölkəsində COVID-19 pandemiyası üzrə sanitar-epidemioloji vəziyyət, səhiyyə infrastrukturu, diaqnostika və müalicə, karantin tədbirləri və digər məsələlər ətrafında çıxış edib.

Onlayn iclasa yekun olaraq, Türk Şurasının Sammitində qəbul edilən bəyannamənin müddəalarının yerinə yetirilməsinə dair aşağıdakı qərarlar qəbul edilib:

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlıq qurulsun və Tərəflərin ekspertlərindən ibarət Birgə İşçi Qrup yaradılsın;

COVID-19 pandemiyası və digər təhlükəli infeksiyalara qarşı mübarizədə profilaktika, diaqnostika, müalicə, epidemioloji nəzarət, elmi araşdırmalar sahəsində məlumat və təcrübə mübadiləsi genişləndirilsin;

COVID-19 və digər təhlükəli infeksiyalar üzrə əməkdaşlıq və koordinasiyanın genişləndirilməsi məqsədi ilə üzv/müşahidəçi dövlətlərin aidiyyəti nazirliklərinin ekspertlərindən ibarət Xüsusi Əməkdaşlıq Mexanizmi yaradılsın və onun fəaliyyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi vasitəsilə tənzimlənsin;

Pandemiyalar zamanı xəstəxanaların idarəedilməsi, laborator diaqnostika və həyati dəstək əhəmiyyətli tibbi avadanlıqlar ilə bağlı ehtiyacların qiymətləndirilməsi, eləcə də ixtisaslı tibb mütəxəssislərindən ibarət qrupların yaradılmasına dair əməkdaşlıq və təcrübə mübadiləsi aparılsın;

Təhlükəli infeksiyaların müalicə və profilaktikasında yeni metodların, o cümlədən, müvafiq vaksin, farmakoloji məhsulların və müalicə sxemlərinin hazırlanması sahəsində birgə əməkdaşlıq inkişaf etdirilsin;

COVID-19 və digər təhlükəli infeksiyalar üzrə tibb mütəxəssisləri üçün bilik və bacarıqların inkişafı proqramlarının tətbiqi, eləcə də onlayn-təlimlər təşkil edilsin.

Sonda görüşün iştirakçıları COVID-19 ilə mübarizə üçün birgə tədbirlərin hazırlanması və əlaqələndirilməsi məqsədilə gələcəkdə də belə görüşlər keçirməyə hazır olduqlarını bildirdilər.

Həmçinin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin səhiyyə sahələrinin rəhbərləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün təşkili və bu ölkələrin səhiyyə nazirləri səviyyəsində görüş keçirmək təşəbbüsü ilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevə səmimi minnətdarlıqlarını xüsusi qeyd ediblər.
Türk Şurasına üzv dövlətlərin səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirildi - FOTO

Türk Şurasına üzv dövlətlərin səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirildi - FOTO






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267