Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bu mənim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir

Bu gün Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibinin ilk iclası keçirilib.

Dərc edilib: 28 aprel 2020 [18:23]
Baxış sayı: 110650

Bu gün Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibinin ilk iclası keçirildi. Nümayəndə heyətinin kollegial qərarı ilə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbərinin müavini seçildim.

İnterpress.az xəbər verir ki, bu fikirləri millət vəkili Kamal Cəfərov səsləndirib. O, qeyd edib ki, bu mənim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, istənilən platforma vasitəsilə biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalısında fəal olmalı, hücum diplomatiyası aparmalı, ölkəmizə qarşı bütün əsassız ittihamlara qarşı mübariz olmalıyıq. Hesab edirəm ki, biz də bu prinsipləri rəhbər tutaraq fəaliyyətimizi qurmalıyıq. Ona görə də nümayəndə heyətinin rəhbəri hörmətli Səməd müəllimin rəhbərliyi ilə qarşıda bizi məsuliyyətli bir o qədər vacib bir fəaliyyət gözləyir. Yeni heyətdə təmsil olunan digər həmkarlarımı da təbrik edirəm və hər birimizə bu işdə uğurlar arzu edirəm"


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 264