Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Bölgələrdə müddətli çalışan müəllimlərlə müsahibələr keçiriləcək » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bölgələrdə müddətli çalışan müəllimlərlə müsahibələr keçiriləcək

Bu gün Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə qeydiyyat yekunlaşır.

Dərc edilib: 1 may 2020 [11:59]
Baxış sayı: 774917

Bu gün Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə qeydiyyat yekunlaşır.

Təhsil Nazirliyindən verilən məlumata görə, aprelin 29-dan qeyd olunan kontingentin şəxsi səhifələrinə müsahibədə iştiraklarını təsdiqləmələri barədə məlumat yerləşdirilib.

Bakı şəhəri üzrə son qeydiyyat tarixi bu gün saat 24:00-dır. Artıq Bakı şəhəri üzrə namizədlərin 90 faizi onlayn müsahibələrdə iştirakını təsdiqləyib. Mayın 2-də namizədlərin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.


Mayın 4-dən isə onlayn müsahibələrə start veriləcək. İlkin olaraq keçiriləcək müsahibələrdə Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlər iştirak edəcək.

Bu müddət ərzində Nazirliyin “Qaynar xətt”inə daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, bu gün axşam saatlarından etibarən digər şəhər və rayonlar üzrə müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin şəxsi səhifələrinə də onlayn müsahibələrdə iştiraklarına şərait yaradılması məqsədilə məlumat göndəriləcək.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olmalı, əlavə edilmiş hissəyə elektron ünvan daxil etməli və 7 may saat 24:00-dək müsahibədə iştiraklarını təsdiq etməlidirlər.




İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267