Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Beynindən əməliyyat olunan Xalq artisti: “Evdə təcrid olunmuşam”

“Hamı kimi mən də karantini evdə keçirirəm. Əvvəl evdə oturmağa dözə bilirdim, indi isə yox. Bir sözlə, evdə təcrid olunmuşam”.

Dərc edilib: 1 may 2020 [13:10]
Baxış sayı: 21569

“Hamı kimi mən də karantini evdə keçirirəm. Əvvəl evdə oturmağa dözə bilirdim, indi isə yox. Bir sözlə, evdə təcrid olunmuşam”.

Bu sözləri Xalq artisti Firəngiz Mütəllimova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Karantin günlərini evdə keçirən sənətçi səhhətindən danışıb:
Beynindən əməliyyat olunan Xalq artisti: “Evdə təcrid olunmuşam”



“Səhhətimlə bağlı evdən küçəyə çıxmıram. Karantin başlayandan evdəyəm.

7 il öncə Türkiyədə çox ağır beyin əməliyyatı keçirdim. Hava çatışmazlığı da səhhətimi ağırlaşdırır. Evin havasını dəyişirəm. Yenə də havam çatmır. Müalicə olunuram, dərmanlarımı vaxtında qəbul edirəm.

Türkiyədə əməliyyat olunandan sonra xaricə getmirəm. Bakıda yaxşı nevropatoloq həkim var. O, bütün dərdimi-sərimi bilir. Nə dərmanlar yazırsa, qəbul edirəm”.

“Çəkildiyim “Ailəmiz” serialının koronavirusa görə, bir aydan çoxdur çəkilişləri dayandırılıb” deyən Xalq artisti birgə rol aldığı gənc həmkarlarının oyunundan razı qaldığını bildirib:

“Əsas odur ki, “Ailəmiz” serialında mənimlə birgə çəkilən gənc aktyorlar böyük-kiçik yerini bilirlər. Mənə hörmətlə yanaşırlar. Buna görə onlarla işləmək xoşdur”.

F.Mütəllimova aktyor Elməddin Cəfərovun layihəsindən başqa heç bir seriala çəkilməyəcəyini söyləyib:

“Ailəmiz” serialına çəkilməmişdən öncə bir çox rejissorlardan, telekanallardan təkliflər gəlsə də, razı olmadım. Aktyor Elməddin Cəfərovun “Bacanaqlar” serialı ilə başlamışam, elə onunla da davam edirəm. Əgər Elməddin “Ailəmiz” serialına dəvət etməsəydi, yenə də evdə oturacaqdım. Başqa seriala çəkilməyəcəkdim. Onlarla çalışmaq mənim üçün çox rahatdır. Elməddin xasiyyətimə bələd insandır. O, məni yaxşı tanıyır”.

Verilişlərdə çox az görünməsinin səbəbini isə Xalq artisti belə izah edib:

“Səhhətimlə bağlı çalışıram ki, özümü qoruyum. Ancaq özümə və sırf teatra aid mövzular olanda verilişlərə qatılıram. Özümü yaxşı hiss edəndə də kanalların çəkilişlərinə gedirəm”.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 264