Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər rayon sakini saxlanılıb.

Dərc edilib: 2 may 2020 [08:02]
Baxış sayı: 826183

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Lənkəran rayonunun Liman şəhər sakini Azər Məlikov saxlanılıb.




Onun üzərinə keçirilən baxış zamanı üç bükümdə üç qrama yaxın narkotik vasitə heroin aşkar edilərək götürülüb. A.Məlikova narkotik vasitəni satan şəxsin Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Səlimov olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. V.Səlimovun üzərindən və yaşadığı evdən iki bükümdə ümumilikdə 130 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO

Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO







Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 268