Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DLE_API has a deprecated constructor in /home/interpress/public_html/old/engine/api/api.class.php on line 31 Bakıda aptekdən yenə uşaq qidası oğurlandı » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakıda aptekdən yenə uşaq qidası oğurlandı

Bakıda daxili işlər orqanlarının əməkdaşları tərəfindən son altı gündə uşaq qidalarının oğurlanması ilə bağlı ikinci hadisə qeydə alınıb.

Dərc edilib: 2 may 2020 [12:37]
Baxış sayı: 843496

Bakıda daxili işlər orqanlarının əməkdaşları tərəfindən son altı gündə uşaq qidalarının oğurlanması ilə bağlı ikinci hadisə qeydə alınıb.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Paytaxtın Yasamal rayonunda, Azərbaycan prospektində yerləşən, Nəzakət Qarayevaya məxsus aptekdən iki paket uşaq qidası oğurlanıb. Oğurluqda şübhəli bilinən şəxsin kimliyi hələlik müəyyən edilməyib.

Xatırladaq ki, analoji fakt aprelin 26-da, saat 13:00 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən aptekdə qeydə alınmışdı və polislər hadisəni qarət kimi qiymətləndirmişdilər.

Naməlum şəxs aptekə daxil olaraq, 1995-ci il təvəllüdlü satıcı Firuzə Ramazanovanı fiziki zorakılıqla hədələyərək, 106 manat dəyərində uşaq qidasını aparmışdı.

Cinayət hadisəsi Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırılıb. Hələlik şübhəli şəxsin kimliyi müəyyənləşdirilməyib.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 267