| |||||
Keçmiş məhkum “İkarus”la qadını vurub öldürdü | |||||
Mayın 1-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
|
|||||
|
|||||
![]() Mayın 1-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Saat 17:50 radələrində “İkarus” markalı avtobus 1973-cü il təvəllüdlü Yardımlı rayon sakini Sabirə Baxışovanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb. Araşdırma zamanı nəqliyyat vasitəsini əvvəllər məhkum olunmuş, 1972-ci il təvəllüdlü Bakı şəhər sakini İlqar Quliyevin idarə etdiyi məlum olub. Onun etibarnaməsi və müvafiq kateqoriyalı D sürücülük vəsiqəsi olmayıb. Həmin şəxs tutulub. Polis qəzanın təfərrüatlarını araşdırır. İnterpress.az |
|||||
|
|||||
|