Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Şimali Qafqaz bölgəsindəki diaspor rəhbərləri ilə videokonfrans keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyanın Şimali Qafqaz bölgəsində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərləri və nümayəndələri ilə videokonfrans təşkil edib.

Dərc edilib: 2 may 2020 [16:06]
Baxış sayı: 462789

Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyanın Şimali Qafqaz bölgəsində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərləri və nümayəndələri ilə videokonfrans təşkil edib.

İnterpress.az xəbər verir ki, Virtual tədbirə Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov, İnquşetiya Regional Milli-Muxtariyyətinin sədri Rəhmətulla Babayev, "Şimali Osetiya-Alanya Respublikası "Azərbaycan Konqresi"nin fəxri prezidenti, Şimali Osetiya-Alanya Respublikasında insan hüquqları müvəkkilinin köməkçisi Şahin Məmmədov, "Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Pyatiqorsk regional bölməsinin sədri Təhmasib Novruzov, Qaraçay-Çərkəz regional ictimai təşkilatının sədri Haqverdi Məmmədov, "Azəri" Milli-Mədəni Mərkəzinin Nalçik və Kabarda-Balkar üzrə sədrləri Akif Məmmədov və Əli Dadaşov, "İrs" ictimai təşkilatının üzvü, Dağıstandakı Azərbaycan Dram Teatrının baş inzibatçısı Qəni Panayev, eləcə də Dövlət Komitəsinin məsul əməkdaşları qatılıblar.

Konfransda COVİD-19 qlobal pandemiyasına qarşı mübarizə çərçivəsində Rusiyanın bu bölgəsində yaşayan soydaşlarımızın karantin müddətində yaşayışı və ehtiyacları barədə ətraflı müzakirələr aparılıb. Aztəminatlı və çoxuşaqlı ailələrə yardım göstərilməsi ilə bağlı həyata keçirilən xeyriyyə tədbirlərindən danışılıb və hazırda da humanitar aksiyaların davam etdirildiyi bildirilib.

Karantin və postpandemiya dönəmində diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 264